Vaşinqtonda 1000-dən çox insan saxlanılıb

18:08 - 25 Avqust 2025 - DÜNYA

Milli Qvardiyanın Vaşinqtona yeridilməsindən bəri təxminən iki həftə ərzində hüquq-mühafizə orqanları 1000-dən çox adamı saxlayıb və 100-dən çox odlu silahı müsadirə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ-ın baş prokuroru Pam Bondi məlumat verib.

Baş prokuror əlavə edib ki, ötən gecə paytaxtda “hüquq-mühafizə orqanları əməkdaşlarına və Milli Qvardiyanın üzvlərinə hücumda şübhəli bilinənlər də daxil olmaqla” 86 nəfər saxlanılıb.

The Washington Post-un məlumatına görə, ABŞ Milli Qvardiyasının təxminən 2200 üzvü Vaşinqtonda qeyri-qanuni immiqrasiya və cinayətkarlıqla mübarizə əməliyyatlarında iştirak edir.

Xəbər xətti