Pekin hakimiyyəti güclü yağışlar səbəbindən 50 mindən çox insanı təxliyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 26-da Çin Mərkəzi Televiziyası (CCTV) məlumat yayıb.
Beş rayonda daşqınla mübarizə üçün birinci səviyyəli fövqəladə tədbirlərə başlanılıb. Saat 19:00-a olan məlumata görə, şəhərdə ümumilikdə 58 min insan təxliyə edilib.
Qeyd olunur ki, mümkün daşqınlara vaxtında reaksiya vermək üçün Pekində 200 min nəfər növbətçilik edir.