Gələn ay Bakıda keçiriləcək "Formula 1" yarışına görə paytaxt məktəblərində müəyyən məhdudiyyətlərin olacağı barədə xəbərlər yayılıb.
İddialara görə, paytaxt məktəblərində dərslər daha gec başlaya bilər.
Modern.az məsələ ilə əlaqədar Elm və Təhsil Nazirliyinə sorğu ünvanlayıb.
Qurumdan cavab olaraq bildirilib ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisinin həyata keçiriləcəyi ərazilərdə müəyyən məhdudiyyətlərin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə, aidiyyəti üzrə ictimaiyyətə məlumat veriləcəkdir.
Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 19-21-i aralığında baş tutacaq.