İsrailin “Ənsar Allah” hərəkatının husilərin nəzarətində olan Yəmənin paytaxtı Sənaya endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 4-ə yüksəlib, 67 nəfər yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə qiyamçıların Səhiyyə Nazirliyi məlumat yayıb.
İlkin məlumatlara görə, İsrailin Sənaya hücumu nəticəsində 4 nəfər ölüb, 67 nəfər yaralanıb.
Avqustun 24-də İsrail Sanada enerji obyektlərinə bir sıra hava zərbələri endirib.