Çitadan olan məktəbli qız tibbi gecə linzaları səbəbindən görmə qabiliyyətini itirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Babr Mash Telegram kanalı məlumat yayıb.
Nəşr qeyd edir ki, 16 yaşlı qız linzalardan dörd il istifadə edib. Eyni zamanda anasının nəzarəti altında lazımi prosedurları həyata keçirib. Ancaq bir anda yeniyetmə linzaları taxarkən ağrı hiss etməyə başlayıb, onda fotofobi yaranıb və göz yaşları davamlı olaraq axırdı.
Həkimlər buynuz qişasının xorası diaqnozu qoyublarr.
Xəstəxanadan son vaxtlar belə halların daha çox olduğu bildirilib. Linza taxarkən gigiyena və təhlükəsizlik tədbirlərinə əməl etməyən yeniyetmələr ən çox görmənin pisləşməsindən şikayətlənirlər.
Ən çox dəbli manikür edən qızlar əziyyət çəkir. Uzun dırnaqların altından çirk yuyulmur, ona görə də infeksiya gətirirlər.