Vitse-kansler və Almaniyanın maliyyə naziri Lars Klinqbeyl elan olunmamış səfərlə Kiyevə gəlib.
Ucnoqta.az xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
“Kanslerlə sıx koordinasiyada Almaniyanın mümkün sülh prosesində Ukraynaya ən yaxşı şəkildə necə dəstək verə biləcəyini müzakirə etmək niyyətindəyəm”, o, Kiyevə gələrkən jurnalistlərə deyib.
Onun sözlərinə görə, “uzunmüddətli sülhü təmin etmək üçün etibarlı təhlükəsizlik təminatları lazımdır”.
"Biz beynəlxalq səviyyədə fəaliyyətlərimizi yaxından əlaqələndiririk. Almaniya üzərinə düşən məsuliyyəti yerinə yetirəcək", - vitse-kansler bildirib.
Klinqbeyl Kiyevdə Ukrayna hökuməti və Ali Radanın nümayəndələri, həmçinin vətəndaş cəmiyyətinin nümayəndələri ilə danışıqlar aparacaq.