"Bütün bunlar cəfəngiyyatdır" - Tramp

00:04 - 27 Avqust 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp Sergey Lavrovun Volodimir Zelenskinin Ukrayna nizamlanmasına dair mümkün sənədlərin imzalanması üçün legitim şəxs olmadığı barədə sözlərinə kəskin tonda cavab verib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, çərşənbə axşamı Ağ Evdə ABŞ administrasiyasının kabinetinin iclasında jurnalistlər ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffdan Lavrovun bəyanatını şərh etməyi xahiş ediblər.

Uitkoff əvəzinə suala Tramp özü cavab verib.

"Stiv cavab verə bilərdi, amma mən də cavab verə bilərəm. Nə dedikləri önəmli deyil. Hamısı pozalar verir. Bütün bunlar cəfəngiyyatdır", - Tramp deyib.

Xəbər xətti