Bakı şəhərində evdən 10 min pul oğurlayan şəxslər saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, Yasamal rayonunda talama cinayəti qeydə alınıb.
Naməlum şəxslər gecə saatlarında paytaxt sakininin evindən 10 min manat oğurlayıblar. Bu barədə zərərçəkən şəxs polisə məlumat verib.
Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə qabaqcadan əlbir olaraq cinayət əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunan 34 yaşlı Ü.Qasımov və 24 yaşlı N.Qəmbərov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.