Suriya və İsrail nümayəndə heyətləri təhlükəsizlik tədbirləri ilə bağlı ikitərəfli sazişin hazırlanması üzrə danışıqlarda irəliləyiblər.
Ucnoqta.az xəbər verir ki, bunu Suriyanın keçid prezidenti Əhməd əl-Şaraa Dəməşqdə ərəb KİV nümayəndələri ilə görüşündə deyib.
“Biz ikitərəfli razılaşmalar yolunda irəliləyiş əldə etdik. Müzakirə olunan razılaşma 1974-cü ildə Colan təpələrində İsrail və Suriya qüvvələrinin ayrılması xəttinə qayıtmağa əsaslanacaq” - Suriya lideri deyib.
O, həmçinin Yaxın Şərq ölkələri arasında iqtisadi inteqrasiyanın vacibliyini qeyd edərək, istənilən həll yolunu qəbul edəcəyəni və ya Suriya və regionun maraqlarına cavab verən müqaviləni tərəddüd etmədən təsdiq edəcəyəni vurğulayıb.