Kəlbəcərdə qaz partlayıb.
Ucnoqta.az xəbər verir ki, hadisə nəticəsində 4 nəfər yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Xəsarət alanlar Yevlax rayon sakini 2001-ci il təvəllüdlü E.Ələkbərov, Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü N.Şükürov, Bakı şəhər sakini 1977-ci il təvəllüdlü K.Əzimov və Samux rayon sakini 1991-ci il təvəllüdlü M.Sadıqzadədir. Məlumata görə yanıq xəsarətləri alanlar ustadırlar. Onlar Kəlbəcərdə yeni tikilən binalara qaz çəkənlər olub.
Faktla bağlı araşdırma aparılır.