Almaniya kansleri Fridrix Merz İsrailin Qəzza zolağındakı hərəkətlərini və İordan çayının qərb sahilində məskunlaşma siyasətini tənqid edib.
Ucnoqta.az xəbər verir ki, o, Berlində Belçikanın baş naziri Bart De Veverlə birgə mətbuat konfransında deyib: “İsrail hökumətinin orada etdikləri və İsrail ordusunun orada İsrail hökumətinin istəklərini yerinə yetirməsi qəbuledilməzdir”.
Kansler qeyd edib ki, o, İsrailə anklavda istifadə oluna biləcək silahları verməmək qərarında getdikcə daha qətiyyətli olur.
Merz Almaniyanın Fələstin dövlətçiliyinin tanınması şərtlərinin hələ də yerinə yetirilmədiyini təkrarlayıb.
O, mskunlaşma layihələrinin qeyri-qanuni olduğunu və açıq şəkildə Fələstin dövlətinin yaradılmasını qeyri-mümkün etməyə yönəldiyini” vurğulayıb.