İsrail Hərbi Hava Qüvvələri Livanda şiə Hizbullah təşkilatına aid bir neçə hərbi obyektə hava zərbələri endirib.
Ucnoqqta.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü məlumat yayıb.
Hədəflər arasında hərbi infrastruktur obyektləri, həmçinin, "Hizbullah" təşkilatının silahlı qüvvələri tərəfindən istifadə edilən reaktiv yaylım atəşi sistemləri olduğu bildirilir.
İDF İsrail dövlətinə qarşı hər hansı təhlükəni aradan qaldıraraq fəaliyyətini davam etdirəcək və Hizbullahın terror potensialını bərpa etmək cəhdlərinin qarşısını alacaq”, - deyə qeyd olunur.