Bu gün Çempionlar Liqasının qalibi bəlli olacaq

08:39 - 31 May 2025 - İDMAN

UEFA Çempionlar Liqasının 2024/2025 mövsümünün qalibi bu gün müəyyənləşəcək.

Ucnoqta.az xəbər verir ki, həlledici görüşdə İtaliyanın “İnter” və Fransanın PSJ klubları üz-üzə gələcəklər.

Almaniyanın Münhen şəhərindəki "Alyans Arena"da, saat 23:00-da başlayacaq qarşılaşmanı rumıniyalı FIFA referisi İştvan Kovaç idarə edəcək.

Finalda iştirak edən komandalardan “İnter” tarixi ərzində 3 dəfə (1963/1964, 1964/1965, 2009/2010) yarışın qalibi adını qazanıb.
Fransa klubu isə heç vaxt belə sevinc yaşamayıb.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının son qalibi İspaniyanın “Real” klubu olub.

Çempionlar Liqası
Final

31 may

23:00. “İnter” (İtaliya) - PSJ (Fransa)

Hakim: İştvan Kovaç
Almaniya. “Allianz Arena”

Xəbər xətti