İndoneziya sahillərində 5,9 bal gücündə zəlzələ qeydə alınıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,4 milyon insanın yaşadığı Sumatra adasında yerləşən Palembang şəhərindən 300 km cənub-qərbdə olub. Zəlzələnin ocağı 55 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.