Çərşənbə günü Vaşinqtonda İsrailin ABŞ-dakı səfirliyinin iki əməkdaşı öldürülüb.
Ucnoqta.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən CBS News kanalı məlumat yayıb.
Məlumata görə, hadisə çərşənbə günü axşam saat 21:15 radələrində baş verib.
Telekanalın məlumatına görə, İsrail diplomatı və onun yoldaşı tədbirdən sonra Metropoliten Yəhudi Muzeyindən çıxarkən güllələnib. CBS News-un məlumatına görə, diplomatik missiyanın daha bir neçə əməkdaşı da yaralanıb.