İordan çayının qərb sahilində Cenin şəhərində xarici diplomatlardan ibarət nümayəndə heyətinin yaxınlığında İsrail əsgərlərinin atəş açması hadisəsindən sonra İspaniya Xarici İşlər Nazirliyi İsrailin Madriddəki səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Xose Manuel Albares məlumat verib.
XİN-dən bildirilib ki, İspaniya, Aİ və digər ölkələrin diplomatlarının səfəri zamanı İsrail ordusunun qəbuledilməz atəşə tutulmasına cavab olaraq, İsrailin Madriddəki səfirliyinin məsul şəxsini çağırılıb.
“Diário de Notícias” qəzetinin məlumatına görə, İsrail səfiri də hadisədən sonra Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.