İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) sözçüsü general-mayor Əli Məhəmməd Naeini İranın nüvə obyektlərinə hücum ediləcəyi təqdirdə İsrailə sərt cavab veriləcəyi ilə bağlı xəbərdarlıq edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə SEPAH-ın mətbuat xidməti məlumat yayıb.
"Əgər sionist rejim bu gün öz aldadıcılığı ilə axmaqlıq və təcavüz etmək qərarına gəlsə, şübhəsiz ki, zəif və kiçik ərazilərində sarsıdıcı və qətiyyətli cavab alacaq" - Naeini deyib.