Səkkiz OPEC+ ölkəsi iyul ayında neft hasilatının növbəti sürətləndirilmiş artımının mümkünlüyünü müzakirə edir ki, bu da hasilatın üçüncü ay ardıcıl olaraq əlavə artmasına imkan verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, müzakirə olunan variantlar arasında hasilatın sutkada 411 min barel artırılması da var ki, bu da nəzərdə tutulandan 3 dəfə çoxdur. Bu arada, agentlik qeyd edir ki, yekun razılıq hələ əldə olunmayıb.
Neft hasilatını könüllü olaraq azaldan səkkiz OPEC+ ölkəsi iyulun 1-nə planlaşdırılan iclasda birbaşa olaraq iyul ayı hasilat planını müzakirə edəcək.