İranla nüvə dosyesi ilə bağlı danışıqlar düzgün istiqamətdə gedir

21:46 - 22 May 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp hesab edir ki, İranla İslam Respublikasının nüvə proqramı ilə bağlı danışıqlar düzgün istiqamətdə gedir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

O qeyd edib ki, Tramp bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu ilə telefonda danışıb və onlar Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının öldürülməsini müzakirə ediblər. 
“Lakin onlar İranla potensial sazişdən də danışıblar, prezidentin düzgün istiqamətdə getdiyinə inanır”, - Levitt bildirib.

Xəbər xətti