İspaniyanın "Barselona" futbol klubu komandanın baş məşqçisi, alman Hans-Diter Fliklə müqaviləni uzadıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Yeni müqavilə 2026/27 mövsümünün sonuna qədər nəzərdə tutulub.
60 yaşlı Flik 2024-cü ilin mayında "Barselona"nın sükanı arxasına keçib. Almaniyanlıın rəhbərliyi altında ilk mövsümdə komanda Superkubok, Kubok və İspaniya çempionatının qalibi olub.