Ata iki yaşlı övladını avtomobillə vurdu

21:05 - 22 May 2025 - HADİSƏ

Şirvan sakini ehtiyatsızlıqdan iki yaşlı övladını avtomobillə vurub.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri Vidadi küçəsində qeydə alınıb. Mikroavtobusunu təmir edən şəhər sakini avtomobili arxaya verərkən 2023-cü il təvəllüdlü qızı maşının altında qalıb.

Xəsarətlər alan azyaşlı Şirvan xəstəxanasına yerləşdirilib.

Xəbər xətti