Londonun ICE birjasında Brent markalı neftin 2025-ci ilin iyul ayı üçün fyuçerslərinin qiyməti 2025-ci il mayın 15-dən bəri ilk dəfə bir barel üçün 64 dollardan aşağı düşüb.
Ucnoqta.az birja məlumatlarına əsasən xəbər verir ki, Brent markalı neftin qiyməti 1,08% ucuzlaşaraq 63,88 dollar/barelə bərabər olub.
Həmçinin, 2025-ci ilin iyun ayı üçün WTI fyuçersləri isə 1,54% azalaraq bir barel üçün 60,6 dollara satılıb.