İmişliyə yeni ağsaqqal seçildi

09:25 - 22 May 2025 - ÖLKƏ İÇİ

May ayının 21-də İmişli Rayon Ağsaqqallar Şurasının növbədənkənar seçki konfransı keçirilib. 

Ucnoqta.az xəbər verir ki, konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Şuranın Aparat rəhbəri Ramin Həsənli və baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, eləcə də rayon ağsaqqalları və ziyalıları iştirak ediblər.

Konfransda çıxış edənlər tərəfindən İmişli Rayon Ağsaqqallar Şurasının sədri vəzifəsinə əməkdar müəllim Ramiz Əmirovun namizədliyi irəli sürülüb. Vurğulanıb ki, təqaüdçü, əməkdar müəllim, uzun illər rayon təhsil şöbəsinin müdiri işləmiş və 2021-2024-cü illərdə İmişli Rayon Ağsaqqallar Şurasına sədrlik etmiş Ramiz Əmirov bu vəzifəyə ən layiqli namizəddir. Sonra açıq səsvermə yolu ilə Ramiz Əmirov İmişli Rayon Ağsaqqallar Şurasına sədr seçilib. 

Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev qeyd edib ki, ağsaqqallar hər zaman ölkəmizin, eləcə də İmişli rayonunun ictimai-siyasi və mədəni həyatında əhəmiyyətli rol oynayıblar. 

Xəbər xətti