Azərbaycanda sabit genişzolaqlı internet abunəçilərin sayı açıqlanıb

17:57 - 22 May 2025 - Cəmiyyət

Azərbaycanda 2,2 milyon sabit genişzolaqlı internet abunəçisi mövcuddur ki, onlardan da 1,7 milyonu, yaxud 78%-i GPON texnologiyası istifadə edir.

Ucnoqta.az xəbər verir ki, bunu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) bir sıra internet telekommunikasiya xidməti göstərən operator və provayderlərlə keçirilən görüşdə İKTA-nın İdarə heyətinin sədri Nail Mərdanov deyib.

O qeyd edib ki, mövcud 2,2 mln qoşulmalardan təxminən 100 mini ADSL, 400 mini “Ethernet” bağlantısı (ETTH) və sabit simsiz internet bağlantısı (FWA) texnologiyası vasitəsilə təmin edilir:

"Beləliklə, müasir və rəqabətə davamlı təkliflər verə bilmələri üçün köhnəlmiş texnologiya istifadə edən operatorlar şəbəkələrinin texnoloji yeniləşdirilməsi barədə zəruri addımlar atmalıdırlar".

Xəbər xətti