Hava hücumundan müdafiə sistemləri Moskva vaxtı ilə saat 18:00-dan 20:00-a kimi Rusiya regionları üzərində Ukraynanın 37 pilotsuz təyyarəsini vurub.
Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Mayın 21-də Moskva vaxtı ilə saat 18:00-dan 20:00-a qədər növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynanın 37 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib:
16 PUA Kursk vilayəti, 11-i Moskva vilayəti, 5-i Ryazan vilayəti, 4-ü Oryol vilayəti, 1-i Krım Respublikası ərazisi üzərində uçuşlar həyata keçirib.