Sabah saat 10:00-dan etibarən Qəbələ rayonunun bir neçə kəndinin təbii qazla təchizatında fasilə yaranacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, Zaqatala Regional Qaz İstismarı İdarəsinin Qəbələ xidmət sahəsi rayonun B.Əmili kəndində d-159 mm-lik orta təzyiqli yerüstü qaz xəttində aşkarlanmış qaz sızmasının aradan qaldırılması ilə əlaqədar təmir işləri aparacaq.
Təmir işləri başa çatanadək B.Əmili, K.Əmili, Zalam, Mamaylı, Ovculu, Bayramkoxa, Hacallı, Şamılı, Çuxur Qəbələ, Dizaxlı, Çarxana, Şəfili, Qaradeyin, Kürd, Savalan və Soltannuxa kəndlərində ümumilikdə 2 919 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq.
Qaz təchizatı təmir işləri başa çatdıqdan dərhal sonra bərpa ediləcək.