Ukraynalılar itirdikləri əraziləri geri ala bilməyəcəklərini etiraf edirlər - Makron

00:22 - 14 May 2025 - DÜNYA

Ukrayna hakimiyyəti başa düşür ki, Rusiya ilə münaqişə zamanı itirilmiş əraziləri geri qaytara bilməyəcəklər.

Ucnoqta.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron bildirib.
"Hətta ukraynalıların özləri də vicdanla etiraf edə bilirlər ki, 2014-cü ildən bəri itirilən hər şeyi geri qaytara bilməyəcəklər", - Makron deyib.

Eyni zamanda o, Qərb müttəfiqlərinin Ukraynanı “mümkün olan ən yaxşı mövqeyə” gətirməyə çalışdığı Rusiya ilə gələcək sülh danışıqlarında ərazi məsələlərinin müzakirə edilməli olduğunu qeyd edib.

Prezident hesab edir ki, danışıqlar yalnız hərbi əməliyyatlar başa çatdıqdan sonra başlaya bilər.

Xəbər xətti