"Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib

12:54 - 13 May 2025 - Cəmiyyət

""Son zəng"lə bağlı məktəblərə protokollar göndərilib və ondan kənara çıxmaq olmaz".

Ucnoqta.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib. 
Eşqi Bağırov bildirib ki, son günlər 207 nömrəli məktəbdə baş verənlərlə bağlı kommisiya yaradıldı və direktor işdən azad edildi.

"Hər kəsi tələblərə əməl etməyə çağırırıq. Yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yük yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir", - o qeyd edib.

Xəbər xətti