Fransa məhkəməsi aktyor Jerar Depardyeni film çəkilişlərində iki həmkarına sataşmaqda təqsirli bilib.
Ucnoqta.az xəbər verir ki, bu barədə mayın 13-də BFMTV kanalı məlumat yayıb.
Qeyd olunur ki, Paris məhkəməsi 2021-ci ildə "Yaşıl panjurlar" filminin çəkiliş meydançasında törədilən seksual zorakılıq işi üzrə aktyora qarşı qərar çıxarıb. Fransa məhkəməsi Depardyeni təqib ittihamı ilə 18 ay sınaq müddətinə azadlıqdan məhrum edib.