Uruqvayın keçmiş prezidenti vəfat edib

00:04 - 14 May 2025 - DÜNYA

Xərçəng xəstəliyindən əziyyət çəkən Uruqvayın keçmiş prezidenti Xose Muxika 90 yaşında vəfat edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Uruqvay prezidenti Yamandu Orsi X-də yazıb.

Muxika Latın Amerikasında sol hərəkat üçün mühüm fiqurdur. Ötən ilin dekabrında Braziliya prezidenti Luiz İnasio Lula da Silva və onun kolumbiyalı həmkarı Qustavo Petro Uruqvayda Muxikaya səfər etmiş və ona ölkələrinin ən yüksək dövlət mükafatlarını təqdim ediblər.

Xəbər xətti