Müəllimlərin sertifikasiya imtahanı 18-25 iyunda keçiriləcək.
Ucnoqta.az xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
MÜTDA direktoru bildirib ki, imtahanlarda coğrafiya, informatika, kimya, fizika və biologiya fənləri üzrə müəllimlər iştirak edəcək.