İmişli rayonunun Sarıcalı kəndində 9 May Qələbə günü tədbiri zamanı SSRİ bayrağı qaldırılıb.
Ucnoqta.az "Unikal"a istinadən xəbər verir ki, SSRİ bayrağı Böyük Vətən müharibəsi xatirə kompleksinin üzərinə sancılıb. Bu da cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb.
Tədbirdə həmçinin rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov SSRİ bayrağı fonunda sinəsində rus imperiyasının rəmzi olan "Georgi lenti" ilə çıxış edib.