ABŞ nümayəndələri Ukrayna görüşü üçün İstanbula uçacaq

20:49 - 13 May 2025 - DÜNYA

ABŞ dövlət katibi Marko Rubio və digər Amerika rəsmiləri Ukrayna ilə bağlı planlaşdırılmış danışıqlar üçün İstanbula gedəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bəyan edib.
ABŞ administrasiyasının rəhbəri Səudiyyə Ərəbistanında keçirilən ikitərəfli investisiya forumunda deyib: "Adamlarımız orada olacaq. Marko da orada olacaq. Digərləri də orada olacaq. Görək, bacara biləcəyik".

Tramp Türkiyədə gözlənilən görüşlərin yaxşı nəticələr verə biləcəyini proqnozlaşdırır. "Danışıqların bu həftənin sonunda, yəqin ki, cümə axşamı günü Türkiyədə keçirilməsi çox vacibdir. Onlar kifayət qədər yaxşı nəticələr verə bilər", - Amerika lideri təfərrüatlara varmadan deyib.

Ağ Ev sözçüsü jurnalistlərlə söhbətində aydınlaşdırıb ki, Rubio, eləcə də ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff və ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq İstanbula səfər edir.

Xəbər xətti