Yaşar Gülər ​​Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

13:28 - 13 May 2025 - Cəmiyyət

Azərbaycanda səfərdə olan Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Yaşar Gülər ​​Şəhidlər Xiyabanını və Bakı Türk Şəhidliyini də ziyarət edib, şəhidlərin məzarları üzərinə tər qərənfillər düzüb.

Türkiyəli nazir Zəfər parkında da olub.

Xəbər xətti