Mask "Tesla"nın rəqs edən robotunu nümayiş etdirdi

08:33 - 13 May 2025 - MARAQLI

Amerikalı milyarder İlon Mask rəqs etməyi öyrənmiş "Tesla"nın insanabənzər robotu Optimusun X sosial şəbəkəsində videosunu yerləşdirib.

Ucnoqta.az xəbər verir ki, o, qeyd edib ki, çəkiliş real vaxt rejimində aparılıb.

Biznesmen xatırladıb ki, 2021-ci ildə insanabənzər robot yaratmaq ideyasının təqdimatı zamanı səhnəyə kostyumlu aktyor dəvət edilib. Daha sonra həmin şəxs videoda Optimusun rəqs etdiyi rəqsə bənzəyən rəqs edib.

"Kostyumlu aktyor kimi başlayan şey reallığa çevrildi" – Mask deyib.

Xəbər xətti