İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqiri Fars körfəzindəki qoşunlara baxış zamanı İslam Respublikasına qarşı istənilən hücuma qəti cavab verməyə hazır olduğunu bəyan edib.
Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, o, İranın ali hərbi rəhbərliyinin ölkənin cənubuna səfəri zamanı əməliyyat planlarının hazırlanması və həyata keçirilməsi üçün zəruri tədbirlər həyata keçirildiyini bildirib.
"Düşmənlərimiz İran İslam Respublikasının dövlət quruluşuna və ərazi bütövlüyünə qarşı səhvə yol versə və ya niyyət edərsə, planlaşdırsa və ya düşməncəsinə addımlar atsa, silahlı qüvvələrimiz onlara qarşı dura biləcək. Onlar buna tam hazırdırlar. Bizi vaxtaşırı təhdid edən düşmənlərə xatırlamağı tövsiyə edirik: İran İslam Respublikası ilə münaqişəyə başlamaqla səhv hesablaya bilərsiniz, lakin onun nəticəsi, mahiyyəti, vaxtı və yeri, eləcə də hərbi əməliyyatların miqyası yalnız İran İslam Respublikasından asılı olacaq. Düşmən çox böyük zərər görəcək" - Baqiri deyib.
Baş Qərargah rəisi deyib ki, İran silahlı qüvvələri istənilən inkişafa tam hazırdır və kəşfiyyat, operativ planlaşdırma və əmrləri yerinə yetirməyə hazır olmaq baxımından ən yaxşı vəziyyətdədir.