Xorvatiya Saboru (parlamenti) əsas hərbi təlimin bərpasını nəzərdə tutan qanun qəbul edib.
Ucnoqta.az xəbər verir ki, Müdafiə Nazirliyi məlumat verib.
Qanun qüvvəyə mindikdən sonra nazirlik proqramın tətbiqinə başlamaq üçün qaydalar qəbul edəcək.
Nazirlik qeyd edir ki, hərbi təlimin bərpası Avropada dəyişən təhlükəsizlik mühiti, o cümlədən təbii fəlakətlərin və böhranların sayının artması ilə əlaqədardır.
2026-cı ildə 2007-ci il təvəllüdlü kişilər, eləcə də 19 yaşdan yuxarı könüllülər təlimə göndəriləcək. Qadınlar könüllü olaraq iştirak edə biləcəklər. Tibbi müayinələr üçün ilk çağırışlar 2025-ci ilin dekabr ayında göndəriləcək.
Təlim bir neçə şəhərdəki hərbi hissələrdə keçiriləcək və iki ay davam edəcək.
Çağırışçılar silahlarla necə davranmağı, dronlar da daxil olmaqla müasir texnologiyalardan istifadə etməyi, özünümüdafiə və ilk tibbi yardımın əsaslarını öyrənəcək və həmçinin əsas hərbi əməliyyatlarla tanış olacaqlar.