İsrail Ordusu (İDF) Livanın cənubundakı Hizbullahın logistika qüvvələrinin komandirini öldürüb.
Ucnoqta.az xəbər verir ki, İDF-nin ofisi bu barədə məlumat verib.
Məlumata görə, komandir son aylarda Litani çayının cənubunda Hizbullahın döyüş qabiliyyətini bərpa etmək səylərinə rəhbərlik edib, təşkilatın təhlükəsizlik strukturunun yenidən qurulmasına cavabdeh olub və Livanın cənubunda silah daşınmasını və saxlanmasını idarə edib.