Ermənistan ombudsmanına cinayət işi açıldı

10:45 - 24 Oktyabr 2025 - Xəbər

Ermənistanda Korrupsiyanın Qarşısının Alınması Komitəsi Ermənistanın İnsan Hüquqları Müdafiəçisi Anahit Manasyana qarşı məhkəmə prosesi başlayıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Komitə məlumatı təsdiqləyərək bildirib ki, İnsan Hüquqları Müdafiəçisinə qarşı iş 30 sentyabrda açılıb. İşə dekabrın 29-dan gec olmayaraq baxılacaq.

Məxfi məlumatların qorunması üçün komissiya prosesin şərtləri və ya ərizəçinin şəxsiyyəti barədə ətraflı məlumat verməyib.

Bir müddət əvvəl Manasyan vəkil Aleksandr Koçubayevin həbsini tənqid etmiş və təhlükəsizlik qüvvələrinin keşişləri saxlama hərəkətlərini pisləmişdi.

Xəbər xətti