Kim Çen In və Tramp APEC sammiti zamanı görüşə bilər

13:41 - 24 Oktyabr 2025 - DÜNYA

Koreya Respublikasının Birləşmə naziri Çonq Donq Yon ABŞ və Şimali Koreya liderləri Donald Tramp və Kim Çen Inı oktyabrın sonlarında keçiriləcək APEC sammiti zamanı Koreyalararası sərhəddə görüşməyə çağırıb.

Ucnoqta.az xəbər verir ki, onun çağırışını Yonhap xəbər agentliyi yayıb.

Onun sözlərinə görə, ABŞ və Şimali Koreya liderləri bu fürsəti əldən verməməlidirlər. 

Çonq Donq Yon qeyd edib ki, belə bir görüşün hazırlanması barədə təsdiqlənmiş məlumatı yoxdur, lakin bunu göstərən əlamətlər olduğunu bildirib.

Xəbər xətti