Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi Sərdar Süleyman oğlu Səfərova "general-mayor" ali hərbi rütbəsi verilib.
Ucnoqta.az Sərdar Səfərovun dosyesini təqdim edir:
Sərdar Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub.
Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarm Zabitlər Məktəbini və Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.
1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri, Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.
2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini və həmin idarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin xidmət üzrə müavini vəzifəsinə təyin edilib.
S.Səfərov 2023-cü ilin oktyabrında Xankəndiyə komendant təyin olub və İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Prezidentə raport verib.
O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə ötən ilin iyulunda alıb.
"Hərbi xidmətlərə görə", "İgidliyə görə", "Vətən uğrunda" medalları ilə təltif edilib.
Ailəlidir, üç övladı var.