Fransa Ukraynaya əlavə "Aster" zenit raketləri və "Mirage" qırıcı təyyarələri tədarük etmək niyyətindədir.
Ucnoqta.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron Kiyevə kömək etmək üçün keçirilən "könüllülər koalisiyası"nın iclasında açıqlayıb.
O, əlavə edib ki, Fransa koalisiya üzvləri ilə birlikdə əlavə təşəbbüslər elan edəcək.
Bundan əlavə, Makron bildirib ki, könüllülər koalisiyası Ukraynaya enerji infrastrukturunun gücləndirilməsində kömək etməyə davam etməlidir.