Biləsuvar rayonunda evdə yanğın baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə Biləsuvar şəhərində qeydə alınıb. İkimərtəbəli, 5 otaqlı evdə baş verən yanğınla bağlı hadisə yerinə Biləsuvar rayon yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Yanğın nəticəsində evin 2-ci mərtəbəsində 3 otağın yanar konstruksiyaları yanıb. Yanğın söndürülüb.