“Bek Şəmkirli” ləqəbli kriminal avtoritet Rusiyada vəfat etdi - FOTO

17:13 - 24 Oktyabr 2025 - Xəbər

Rusiyada tanınmış kriminal avtoritet, "Bek Şəmkirli" kimi tanınan Babək Həsənov vəfat edib.

Ucnoqta.az xəbər verir ki, o, uzun illərdir saxlanıldığı Moskva şəhərindəki cəzaçəkmə müəssisəsində dünyasını dəyişib.

Məlumata görə, Həsənovun azadlığa çıxmasına üç aydan az qalmışdı. Onun ölüm səbəbi ilə bağlı müxtəlif versiyalar irəli sürülür. Yaxınları zəhərlənmə ehtimalını istisna etmirlər.

"Bek Şəmkirli"nin meyiti artıq Azərbaycana gətirilib və doğulduğu Şəmkir rayonunda dəfn olunub.

Qeyd edək ki, Babək Həsənov kriminal aləmdə böyük nüfuza malik şəxslərdən biri sayılırdı. Onun qardaşları - Həsən və Cəbi Həsənovlar da eyni çevrəyə yaxın fiqurlardır. Cəbi Həsənov hazırda Rusiyada həbsdədir.

Həsənov qardaşlarının adı bir sıra kriminal hadisələrdə, o cümlədən şəmkirli iş adamı Toğrul Tağıyevin Moskvada qətlə yetirilməsi işində hallanıb. Bildirilir ki, Həsənovlar ilə mərhum Toğrul Tağıyev arasında uzunmüddətli şəxsi ədavət olub.///Teleqraf.com

Xəbər xətti