Sabah bu ərazilərdə qaz olmayacaq

18:04 - 23 Oktyabr 2025 - Xəbər

Sabah Göyçay və Bakının Binəqədi rayonlarının bəzi ərazilərinin qaz təchizatında məhdudiyyət yaranacaq.

Ucnoqta.az bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, Göyçay rayonundakı qaz xətlərində aşkar olunmuş sızmaların ləğvi, yeni krantların və tənzimləyici şkafların quraşdırılması, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi ilə əlaqədar oktyabrın 24-də saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri aparılan müddətdə Göyçay şəhərinin və rayonun 27 kəndinin, həmçinin paytaxtın Binəqədi rayonu, Ə.Naxçıvani, S.Bəhlul küçələrinin və Atatürk prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Xəbər xətti