İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz təyyarə Hizbullah şiə təşkilatının silahlı qanadının üzvlərini daşıyan nəqliyyat vasitəsinə zərbə endirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə Naharnet xəbər portalı məlumat yayıb.
Xəbər portalının məlumatına görə, hadisə cənubdakı Nəbatiyyə əyalətinin Tul kəndində baş verib.
Raket nəqliyyat vasitəsinə dəyib və nəticədə yanğın baş verib.