Klublararası dünya çempionatının qrup mərhələsinin ikinci turunda Braziliyanın “Flamenqo” klubu İngiltərənin “Çelsi” klubunu 3:1 hesabı ilə məğlub edib.
Ucnoqta.az xəbər verir ki, qarşılaşma Filadelfiyada (Pensilvaniya, ABŞ) baş tutub.
Qaliblərin qollarını Bruno Henrike (62-ci dəqiqə), Danilo (65) və Uolles Yan (83) vurub. "Çelsi"nin heyətində Pedro Neto (13) fərqlənib. 68-ci dəqiqədə "Çelsi"nin hücumçusu Nikolas Cekson birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.