ABŞ bu həftə sonu İran ərazisinə kütləvi hava zərbələri endirməyə hazırlaşır.
Ucnoqta.az-ın xəbərinə görə, bu barədə Pulitzer mükafatlı amerikalı jurnalist Seymur Herş Vaşinqtondakı mənbələrə və İsrail insayderlərinə istinadən məlumat verib.
Herşin sözlərinə görə, əməliyyat genişmiqyaslı bombardmanları əhatə edəcək. Jurnalistin məlumatı təsdiqlədiyi Vaşinqtonda yüksək rütbəli məmurlardan biri deyib ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei “vəzifəsini tərk edərsə” hər şey nəzarət altında olacaq. Eyni zamanda, Herşin vurğuladığı kimi, bunun necə baş verə biləcəyi aydın deyil, əgər onun aradan qaldırılması ilə deyilsə.
"Amerikanın zərbəsinin gücü və İran daxilində nəzərdə tutulan hədəflər haqqında çox danışılır, lakin mənim bildiyimə görə, milyonlarla tərəfdarı olan hörmətli dini liderin necə məhv edilməsi ilə bağlı hələ dəqiq plan yoxdur", - jurnalist qeyd edib.