Kadırovun böyük oğlu təltif olundu

22:58 - 20 İyun 2025 - MARAQLI

Çeçenistan rəhbərinin böyük oğlu, Çeçenistan Respublikasının Bədən Tərbiyəsi və İdman Naziri Axmat Kadırov “Atalar İttifaqı” ailə institutuna və ənənəvi ailə dəyərlərinə dəstək verdiyinə görə Ümumrusiya ictimai təşkilatının fəxri fərmanı ilə təltif edilib.

Ucnoqta.az bildirib ki, bu barədə nazir özü Telegram kanalında məlumat verib.

Sertifikatın təqdimatı Qroznıda qarışıq döyüş növləri üzrə ACA Young Eagles 55 turniri zamanı baş tutub. Mükafat bədən tərbiyəsi və idmanın inkişafına mühüm töhfə və səmərəli fəaliyyətə görə verilib.

Mayın sonunda Çeçenistan rəhbəri Ramzan Kadırovun azyaşlı oğlu, regional Təhlükəsizlik Şurasının katibi Adam Kadırov 10 gün ərzində ikinci OMON medalı ilə təltif edilib.

Xəbər xətti