İrlandiya Tehrandakı səfirliyinin əməkdaşlarını təxliyə edib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər naziri Saymon Harris X-də videomüraciətində bildirib.
“İranda vəziyyətin pisləşməsi fonunda diplomatlarımızı Tehrandan müvəqqəti olaraq evlərinə qaytarmaq qərarına gəldim. Səfirliyimiz əməkdaşlarının təhlükəsizliyi hər şeydən önəmlidir. İş Dublindən davam edəcək”, - Harris bildirib.